Tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadıldı
Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi iyulun 1-dən oktyabrdək uzadılıb.
Daha bir qərarla yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti də oktyabrın 1-dək uzadılıb. Xatırladaq ki, bundan əvvəlki müddət iyulun 1-i təyin edilmişdi.
AzVision.az
Teqlər: