AzVision.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, səfər çərçivəsində nazir Vüqar Mustafayev Belarus Respublikası Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantus ilə görüşüb və iki dost ölkə arasında hərbi-texniki sahədə mövcud əməkdaşlıq, o cümlədən gələcək əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, hər iki tərəfi maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində MSN-in nümayəndə heyətinin bir sıra müəssisələrin istehsalat prosesi ilə tanış olması da planlaşdırılır.
Elnur Məmmədov
AzVision.az