İki həftəlik körpəsini işlədiyi kafedə saxlayırmış - VİDEO

   İki həftəlik körpəsini işlədiyi kafedə saxlayırmış -    VİDEO
  17 İyul 2024    Oxunub:1008
Nəsimi rayonu ərazisində iaşə obyektində baxımsız vəziyyətdə qalmış 15 günlük körpə xilas edilib.
Qonşuların dediyinə görə, körpənin anası həmin kafedə çalışırmış. Bir neçə dəfə onlara uşaqların əkiz doğulduğunu, onlardan birinin öldüyünü deyib.

Qeyd edək ki, Y.V.Çəmənzəminli küçəsi 5 ünvanında yerləşən ictimai iaşə obyektində 24 yaşlı S.Şərifova və 27.06.2024-cü ildə anadan olan körpəsi polis, həmçinin digər dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə xəstəxanaya yerləşdirilib.

Yenidoğulmuşun vəziyyətinin ağır olduğu bildirilir. Hazırda məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.



AzVision.az



Teqlər:





Xəbər lenti