“YAŞAT” Fondunun Londondakı yay məktəbi davam edir - FOTOLAR
Əsas məqsəd şəhid övladlarının dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, mədəniyyət mübadiləsində aktiv iştiraklarını təmin etmək, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır.
13-27 iyul tarixini əhatə edən yay məktəbi London Universitet Kollecində keçirilir. Proqram müddətində iştirakçılar gündəlik 3 saatlıq ingilis dili dərslərindən sonra şəhər ekskursiyasında, tarixi abidələr və muzey gəzintisində iştirak ediblər.
Ekskursiya Trafalqar meydanı ilə başlayıb, “Chinatown”la davam edib. İştirakçılar şəhərin tarixi məkanı olan və 11-ci əsrdə inşa edilən London qalasını ziyarət ediblər, onlara geniş məlumat verilib. Eyni zamanda Temza çayının üzərində salınmış Tauer körpüsü boyunca gəzinti baş tutub.
Xatırladaq ki, yay məktəbinin iştirakçıları ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 12 şəhid övladını əhatə edir.
AzVision.az
Teqlər: