Xaricdən avtomobil gətirənlər gömrükdən narazıdırlar - VİDEO
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, son günlər Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində rəsmiləşdirilmə prosesində baş verən ləngimələr xaricdən ölkəyə gətirilən nəqliyyat vasitələrinin çoxluğu ilə əlaqədardır.
Belə ki, adi günlərdə xaricdən gətirilən nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi üçün Baş İdarəyə gündəlik 350 müraciət daxil olurdusa, son 10 gündə bu rəqəm 2 dəfəyə qədər artaraq gündəlik 550-650 təşkil edir.
Hazırda Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və rəsmiləşdirilmə prosesində baş verən ləngimələr qısa zaman ərzində aradan qaldırılacaq.
AzVision.az
Teqlər: