Vətən Müharibəsi iştirakçılarının saxlanılmasına - DİN-dən reaksiya

   Vətən Müharibəsi iştirakçılarının saxlanılmasına -    DİN-dən reaksiya
  21 İyul 2024    Oxunub:1196
Daxili İşlər Nazirliyi Naftalanda Vətən Müharibəsi iştirakçılarının saxlanılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
DİN-in Mətbuat Xidmətindən AzVision.az -a bildirilib ki, sosial şəbəkələrdə Naftalanda Aşura günü sərxoş vəziyyətdə avtomobil idarə edən şəxslərin qanunsuz əməlləri ilə bağlı polis əməkdaşları tərəfindən qanuni tədbirlərin görülməsi barədə iddialar səsləndirilib.

Belə ki, iyulun 16-da gecə saatlarında Naftalan şəhər ərazisindəki marketlərin birinin qarşısında “Mercedes” markalı avtomobillə bir qrup şəxs sərxoş vəziyyətdə ictimai qaydanı kobud surətdə pozub.

Ərazidə xidmət aparan polis əməkdaşlarının onları nizam-intizama dəvət etmələrinə baxmayaraq, avtomobildə olan Ayaz Cəfərli, Elvin Muradov, Ruslan Səfəralıyev, Taleh Alcəfərov və Nihad Quliyev özlərini Vətən müharibəsi iştirakçısı olduqlarını əsas gətirərək ictimai yerdə söyüş-təhqirlə müşahidə olunan qanunsuz əməllərini davam etdirib.

Əməllərinin araşdırılması üçün Naftalan ŞPŞ-nə gətirilən zaman A.Cəfərli və T. Alcəfərov qeyri-adekvat əməllərini davam etdirərək polis əməkdaşlarının xidmətinə mane olublar. Həmin şəxslər sərxoşluq müayinəsindən keçirilən zaman A.Cəfərli, E. Muradov və R.Səfəralıyevin orta dərəcəli sərxoş olmaları müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, adları çəkilən vətəndaşların əməlləri ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir, polis əməkdaşları qanunla müəyyən olunan vəzifələri icra edib.

Onların əməlləri ilə bağlı Naftalan ŞPŞ-nin İstintaq Qrupunda araşdırmalar davam etdirilir”.
AzVision.az


Teqlər:





Xəbər lenti