Atasının bıçaqladığı azyaşlının vəziyyəti necədir? - Açıqlama

   Atasının bıçaqladığı azyaşlının vəziyyəti necədir? -    Açıqlama
  23 İyul 2024    Oxunub:1052
Dünən atası tərəfindən bıçaqlanan azyaşlının vəziyyəti ağır stabil qiymətləndirilir.
AzVision.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

" Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 23.07.2024-cü il tarixində saat 01:15 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisindən bıçaqlanma səbəbilə çağırış daxil olub. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Nəticədə 3 nəfər xəsarət alıb.
Ata azyaşlı övladlarını bıçaqladıqdan sonra intihar etdi


2020-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) saat 01:50 radələrində bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Azyaşlıya zəruri tibbi xidmət göstərildikdən sonra cərrahi profilli Reanimasiya şöbəsinə hospitalizasiya edilib. Vəziyyəti ağır stabil qiymətləndirilir.

Xəsarət alan 10 yaşlı uşaq (kişi cinsli) bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Xəsarət alan 50 yaşlı şəxs (kişi cinsli) qarının ön divarının və sol topuğun kəsilmiş yaraları diaqnozu ilə polis müşayiəti altında Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Aparılan zəruri tibbi xidmətlərə baxmayaraq, saat 03:35 radələrində ölüm faktı qeydə alınıb".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti