Qohum evliliyinə qoyulan qadağa gələn il qüvvəyə minəcək

  Qohum evliliyinə qoyulan qadağa gələn il qüvvəyə minəcək
  23 İyul 2024    Oxunub:1192
Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa təsdiqlənib.
Bununla bağlı Prezident İlham Əliyev Ailə Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib. Belə ki, nikahın bağlanmasına mane olan halların sayı artırılır. Məcəlləyə aşağıdakı hallar əlavə edilir.

- qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;

- bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;

Qadağa 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti