Tədbirdə general-mayor Bilal Çompuzov, hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev, hərbi prokurorun böyük köməkçisi, ədliyyə müşaviri İsmayıl Əliyev, Tərtər hərbi prokuroru, ədliyyə polkovniki Emin Vəliyev və başqaları çıxış ediblər.
Onlar çıxışlarında Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı müstəsna xidmətlərindən bəhs ediblər. Çıxışçılar, eyni zamanda, Ulu Öndərin Azərbaycanın parlaq gələcəyinə hesablanan mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il ərzində ölkəmizdə həyata keçirilən köklü islahatlardan, bütün sahələrdə qazanılan nailiyyətlərdən, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşdırılmasından, eləcə də ətraf mühitin daha da sağlamlaşdırılmasından və etibarlı qorunmasından danışıblar.
Daha sonra ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçinin ekoloji qanun pozuntularından, ekoloji cinayətlərdən və məsuliyyətdən danışılıb. Bundan əlavə, hüquqi maarifləndirici məzmunlu çıxışlar olub, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb, eləcə də onların qayğı və problemləri ilə maraqlanılıb. Sonda birgə ağaclar əkilib.
AzVision.az