Ölkəyə gətirilən spirtli içkilərin aksiz dərəcəsi dəyişdi

   Ölkəyə gətirilən spirtli içkilərin aksiz dərəcəsi dəyişdi
  24 İyul 2024    Oxunub:1580
Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişikliklər edib.
AzVision.az -ın xəbərinə görə, şampan şərabı üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturalar 1 litr üçün aksiz dərəcəsi 5,1 manatdan 2,7 manata endirilib.

Denaturasiya olunmamış etil spirit (80 həcm faiz və ya çox spirt qatılığı ilə), həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirit və həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirit üçün aksiz dərəcəsi 1 litr üçün 6 manatdan 6,8 manata, üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturalar üçün aksiz dərəcəsi 1 litr üçün 8 manatdan 8,8 manata, viski, rom və digər spirtli tinkturalar (şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan), cin və ardıc tinkturası, araq, likörlər və digər spirtli içkilər üçün aksiz dərəcəsi 1 litr üçün 12,0 manatdan 12,8 manata qaldırılıb.

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

AzVision.az



Teqlər:





Xəbər lenti