Elektron siqaretlərin aksiz dərəcəsi 8 dəfə artırıldı

   Elektron siqaretlərin aksiz dərəcəsi 8 dəfə artırıldı
  24 İyul 2024    Oxunub:1267
Ölkəyə gətirilən alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullarının aksiz dərəcəsi 1000 ədəd üçün 14 manatdan 16 manata qaldırılıb.
AzVision.az -ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb.

Birdəfəlik istifadə olunan elektron siqaret, qəlyan və onların əvəzedicilərin aksiz dərəcələri isə 1 ədəd üçün 0,25 manatdan 2 manata qaldırılıb. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

AzVision.az


Teqlər:





Xəbər lenti