Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı həyata keçiriləcək
Təqaüd proqramı çərçivəsində bakalavriat səviyyəsi üzrə xaricdə təhsil, magistratura səviyyəsi üzrə xaricdə təhsil, xaricdə keçirilən qısamüddətli təlim, kurs və proqramlar (o cümlədən distant (məsafədən) formada) üzrə təhsil və Azərbaycan Respublikası ərazisində keçirilən qısamüddətli təlim, kurs və proqramlar üzrə təhsil seçimləri mümkündür.
MYS üzrə xaricdə təqaüd proqramı çərçivəsində 60 nəfər tələbənin təhsil alması, 1000 nəfər sahə üzrə mütəxəssisin sertifikatlaşdırılması, eləcə də tədris mərkəzinin yaradılması və hər il ən azı 100 gəncin təhsilə cəlb edilməsi, sahə üzrə tədris olunan ixtisasların sayının 10 faiz artırılması və məzmununun yaxşılaşdırılması nəzərdə tutulur.
Təqaüd proqramı audiovizual (musiqi, kino, o cümlədən animasiya, videoqrafiya və fotoqrafiya), dəb sənəti, dizayn, kuratorluq, memarlıq, tədbirlərin təşkili, mədəni və yaradıcı sahə üzrə menecment, nəşriyyatlarla işin təşkili, oyun sənayesi, teatr, komediya və performans və yaradıcı texnologiyalar sahələri üzrə ixtisaslaşma istiqamətlərini əhatə edir.
Proqrama yaradıcı potensialını inkişaf etdirmək istəyən yaşı 15-dən yuxarı şəxslər müraciət edə bilərlər. Qeyd edək ki, təqaüd proqramı üzrə müsabiqəyə müraciət qaydası, proqram iştirakçılarının seçimi ilə bağlı meyar və prosedurlar haqqında ətraflı məlumat yaxın vaxtlarda nazirliyin rəsmi internet informasiya ehtiyatlarında yerləşdiriləcək.
AzVision.az
Teqlər: