Ceyhun Bayramov İsrail XİN-in baş direktoru ilə görüşdü

 Ceyhun Bayramov İsrail XİN-in baş direktoru ilə görüşdü
  24 İyul 2024    Oxunub:1405

Görüş zamanı ikitərəfli və çoxtərəfli münasibətlərin müxtəlif aspektləri, o cümlədən iki ölkə arasında iqtisadi, təhlükəsizlik, yüksək texnologiyalar, təhsil, turizm, energetika, nəqliyyat və s. istiqamətlərdə əməkdaşlığın cari vəziyyəti və perspektivləri, həmçinin Qəzzada vəziyyət barədə geniş müzakirə aparılıb.
AzVision.az xəbər verir ki, Nazir Ceyhun Bayramov qarşı tərəfə postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verib.

Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində iki ölkə arasında əməkdaşlıq üçün əlavə imkan yarandığı qeyd edilib.

Görüş çərçivəsində habelə digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti