Türkiyənin Konstitusiya Məhkəməsinin sədri Bakıda

Türkiyənin Konstitusiya Məhkəməsinin sədri Bakıda
  25 İyul 2024    Oxunub:940
Türkiyə Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya Ali Məhkəmədə olub.
Bu barədə AzVision.az -a Ali Məhkəmədən məlumat verilib. Ali Məhkəmənin sədri İnam Kərimov qeyd edib ki, bu gün Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətləri bütün istiqamətlərdə yüksələn xətlə inkişaf edir.

Qeyd edilib ki, son dövrlər Azərbaycanla Türkiyə arasında məhkəmə-hüquq sahəsində də əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Həmçinin türkdilli dövlətlərlə qarşılıqlı təcrübə mübadiləsinin daha da gücləndirilməsinin Azərbaycan üçün əsas prioritetlərdən biri olduğu, sıx əməkdaşlığın ədalət mühakiməsinin səmərəliliyinin artmasına şərait yaratdığı vurğulanıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Kadir Özkaya ikitərəfli əlaqələri yüksək qiymətləndirərək, bu münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib. Məhkəmə-hüquq sahəsində əməkdaşlığın gücləndirilməsinin bütün türk dünyası üçün əhəmiyyətindən bəhs olunub.

Sonra qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olublar.

AzVision.az



Teqlər:





Xəbər lenti