Mədəniyyət naziri Astarada vətəndaşları qəbul edəcək

Mədəniyyət naziri Astarada vətəndaşları qəbul edəcək
  01 Avqust 2024    Oxunub:1353
Mədəniyyət naziri Adil Kərimli Astarada vətəndaşları qəbul edəcək.
Nazirlikdən bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli avqustun 29-da saat 10:00-da Astara rayon Heydər Əliyev Mərkəzində (ünvan: Astara şəhəri, İstiqlaliyyət küçəsi 26 b) Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad, Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar avqustun 24-dək nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsi ilə müraciət etməklə qəbula yazıla bilərlər.

AzVision.az


Teqlər:   İran   İsmayılHaniyə   HƏMAS  





Xəbər lenti