Bu il 681 yol qəzasında 333 nəfər ölüb
Yol-nəqliyyat hadisələrinin 86,5 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 17,4 faiz azalaraq 242 nəfər, yaralananların sayı isə 13,5 faiz azalaraq 557 nəfər olub.
Bütün yol-nəqliyyat hadisələrinin 40,1 faizi nəqliyyat vasitələrinin və piyadaların, 38,2 faizi bir neçə nəqliyyat vasitəsinin, 21,7 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 74,5 faizini, yaralananların isə 73,2 faizini kişilər təşkil edib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 13 hadisə baş vermiş, nəticədə 5 nəfər həlak olub, 9 nəfər yaralanıb. Hadisələrin 11-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
AzVision.az
Teqlər: