Anar: "Bu, azad olunmuş ərazilərə həyatın qayıtmasının daha bir nümunəsidir”

   Anar:    "Bu, azad olunmuş ərazilərə həyatın qayıtmasının daha bir nümunəsidir”
  13 Avqust 2024    Oxunub:855
“Cari ilin fevral ayında keçirilmiş Prezident seçkiləri işğaldan azad edilmiş əraziləri də əhatə etməklə tarixə yazılan ən mühüm hadisə oldu. Parlament seçkilərinin də azad olunmuş ərazilərdə keçirilməsi ölkə tarixində yeni mərhələ yaradır. Bu, Böyük Qayıdış prosesinin ən vacib məqamlarındandır”.
Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, tanınmış ictimai xadim Anar deyib.

“Sentyabrın 1-də keçiriləcək seçkilərdə əsas məqam budur ki, işğaldan azad edilmiş bölgələrdən olan seçicilər dəstəklədikləri namizədlərə qeydiyyatda olduqları ərazilərdə səs verəcəklər. Bu, azad olunmuş ərazilərə həyatın qayıtmasının daha bir nümunəsidir”, - deyə AYB sədri əlavə edib.

Yazıçı Anar Azərbaycanda keçirilən seçkilərin ənənəvi olaraq demokratik prinsiplərə uyğun təşkil edildiyini deyərək bunu yüksək qiymətləndirib.
AzVision.az



Teqlər:





Xəbər lenti