“YAŞAT” Fondunun “Ənənə” yay düşərgəsi başlayıb

   “YAŞAT” Fondunun “Ənənə” yay düşərgəsi başlayıb
  13 Avqust 2024    Oxunub:1111
13-18 avqust 2024-cü il tarixində Göygöl rayonunun Milli Yaylaq Festivalı ərazisində şəhid övladları üçün ‘’Ənənə” yay düşərgəsi başlayıb. Düşərgə “YAŞAT” Fondunun təşkilatçılığı, Göygöl Rayon İcra Hakimiyyətinin, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun təfəfdaşlığı, “Bakcell”in baş sponsorluğu ilə keçirilir.
AzVision.az xəbər verir ki, 50 nəfərədək şəhid övladının qatıldığı düşərgə hərbi vətənpərvərlik və milli ənənələr mövzusunda baş tutur.

Açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və digər qonaqlar iştirak ediblər.



İştirakçılara düşərgənin məqsədi barədə məlumat verilib və uğurlar arzu edilib.



Beş gün davam edəcək düşərgədə iştirakçılar üçün oxatma, atçılıq, və digər qədim milli oyun növləri üzrə yarışlar keçiriləcək. Məqsəd vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.



Xatırladaq ki, “YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhid övladları üçün bundan əvvəl Londonda yay məktəbi, Antalyada isə yay düşərgəsi təşkil edilib.

Fond tərəfindən şəhid övladları üçün mütəmadi olaraq düşərgələr, müxtəlif kurslar, layihələr və təlimlər təşkil edilir, onların yüksək səviyyəli təhsilinə dəstək göstərilir.







Baş sponsor: Bakcell

Media dəstəyi: ASAN TV və ASAN Radio

AzVision.az



Teqlər: Yaşat   Düşərgə  





Xəbər lenti