Əhaliyə hava xəbərdarlığı
Havanın temperaturunun gecə 23-25, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyulun 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
İyulun 11-də Abşeron yarımadasında günorta saatlarında isti temperatur diskomfortu meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. İyulun 12-də isə gündüz yüksək temperatur və arabir durğun hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir. Günorta saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.
Teqlər: