Qohumuna görə işə düşdü

Qohumuna görə işə düşdü
  12 İyul 2014    Oxunub:979
Bakıda 3 saylı İstintaq təcridxanasında məhbusa mobil telefon gətirmək cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən AzVision.az-a verilən məlumata görə, həbsdə saxlanılan şəxs Pərviz Əziz oğlu Muradovun yanına qısamüddətli görüşə gəlmiş qohumu Şəhriyar Faiq oğlu Salmanlının gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı “Adidas” idman çantasının alt hissəsində düzəldilmiş gizli saxlanc yerindən 1 (bir) ədəd “Ken Xin Da” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Pərviz Əziz oğlu Muradov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2 maddəsinə əsasən cəz çəkir.

Fakt üzrə araşdırma aparılır.


Teqlər:





Xəbər lenti