İsrail Livana daha bir diviziya göndərib - VİDEO

İsrail Livana daha bir diviziya göndərib -    VİDEO
  07 Oktyabr 2024    Oxunub:368
İsrail Ordusu Livanda "Hizbullah" terror təşkilatına qarşı quru əməliyyatı çərçivəsində buraya üçüncü - "91-ci Qaliley" Regional Diviziyasını göndərib.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, diviziya həm hücum, həm də müdafiədən məsuldur.
Müharibəyə "Yaxın" Şərq

Xatırladaq ki, "Hizbullah" lideri Həsən Nəsrullahın Beyruta aviazərbə ilə öldürülməsinin ardınca İsrail Silahlı Qüvvələri Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" təşkilatının "obyektlərini və infrastruktrunu sıradan çıxarmaq" məqsədilə quru əməliyyatına başlayıb. Bu kampaniya nəticəsində Livanın infrastrukturu dağılıb, mindən artıq insan ölüb, milyondan çoxu isə yurd-yuvasından didərgin düşüb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Hizbullah   münaqişə  





Xəbər lenti