Bakıda qazanxanada partlayış baş verib, xəsarət alan var

Bakıda qazanxanada partlayış baş verib, xəsarət alan var
  07 Oktyabr 2024    Oxunub:409
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, 8-ci köndələn küçəsində qazanxanada partlayış baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ümumi sahəsi 40 m² olan qazanxanada yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub. Partlayış nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

FHN-in qüvvələri tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti