SEPAH: "Qaani sağ-salamatdır"

   SEPAH:    "Qaani sağ-salamatdır"
  07 Oktyabr 2024    Oxunub:960
İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin koordinasiya üzrə müavini İrəc Məscidi oktyabrın 3-də Beyrutda aviazərbə nəticəsində öldüyü deyilən komandir İsmayıl Qaaninin vəziyyəti barədə məlumat verib.
O bu barədə Tehranda, Şəhid Beheşti Mədəniyyət Kompleksində keçirilən konfransda danışıb.

"Vəziyyəti tamamilə yaxşıdır", - Məscidi jurnalistlərin sualını təfsilatı açıqlamadan cavablandırıb.
"Hizbullah"ın yeni lideri də öldürülüb

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri oktyabrın 3-də Livanın paytaxtı Beyrut şəhərinin Zahiyə qəsəbəsinə - "Hizbullah" terror təşkilatının qərargahına aviazərbə endirib. Hücum nəticəsində Qüds Qüvvələrinin komandiri İsmayıl Qaani ilə yanaşı "Hizbullah"ın yeni lideri Haşim Səfiəddinin də öldüyü bildirilsə də, qruplaşma faktı hələlik təsdiqləməyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   Hizbullah   İsrail   münaqişə  





Xəbər lenti