Bakı aeroportunda sərnişin axını 33 % artıb
Beynəlxalq istiqamətlərdə sərnişinlərin 52 %-i və yaxud 2,68 milyon nəfəri məhz xarici aviaşirkətlərin xidmətlərindən istifadə edib. Ən populyar beynəlxalq istiqamətlər arasında İstanbul, Moskva, Tbilisi, Dubay, Əbu-Dabi və Dehli şəhərləri üstünlük təşkil edib, ümumilikdə 2,539 milyondan çox sərnişin daşınıb.
Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) da beynəlxalq arenada öz mövqeyini gücləndirərək uğurlu nəticələr əldə edib. AZAL-ın ümumi sərnişin dövriyyəsi 41 % artaraq 3,054 milyonu keçib. Onlardan 2,467 milyonu beynəlxalq marşrutlarla daşınıb.
Naxçıvan istiqaməti isə artan uçuş tezliyinə qarşı sabit tələbat nümayiş olunub. 2024-cü ilin 9 ayında bu marşrut üzrə sərnişin axını cəmi 6 % artaraq 567 min nəfərə çatıb. Uçuşların sayı isə həmin dövr ərzində 28 % artıb və 2 651 reys yerinə yetirilib. Bakı-Naxçıvan istiqamətində hazırda orta hesabla gündəlik 12 reys təşkil olunur ki, bu da sərnişinlər üçün səyahət planlaşdırmasında daha çox çeviklik yaradır.
Heydər Əliyev Beynəlxalq Aeroportu gələcəkdə də sərnişinlər üçün təhlükəsizlik, rahatlıq və xidmət keyfiyyətini ön planda saxlayaraq innovativ həlləri tətbiq etməyə davam edəcək. Beynəlxalq tərəfdaşlarla əməkdaşlıq genişləndirərək hava limanı sərnişinlərə yeni istiqamətlər və daha geniş səyahət imkanları təqdim etməyə çalışır.
AzVision.az
Teqlər: