Deputat: “Bəzən ideoloji işğal fiziki işğaldan daha təhlükəli olur”

      Deputat:    “Bəzən ideoloji işğal fiziki işğaldan daha təhlükəli olur”
  08 Oktyabr 2024    Oxunub:1055
Dünyanın bir sıra yerlərində rəngli inqilab yolu ilə ideoloji işğal həyata keçirənlərin Azərbaycanın İkinci Qarabağ savaşındakı qələbəsini və torpaqları üzərində suverenliyinin təminatını həzm etməmələrinin kökündə eyni siyasəti burada da yeritmək niyyətləri durur.
AzVision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasındakı çıxışında deputat Sahib Alıyev əslində ideoloji işğalın bir sıra hallarda fiziki işğaldan daha təhlükəli olduğunu bildirib ki, bunu da biz dost ölkələrdən birinin düşdüyü vəziyyətdə görürük.

“Ötən əsrin 90-cı illərində Türkiyədən, Polşadan, Macarıstandan daha böyük iqtisadi potensialı olan bu ölkə indi tam şəkildə qərbdəkilərdən asılıdırsa, dozalarla göstərdikləri yardımlarına möhtacdırsa, plasdarmlarına çevrilibsə, hətta artıq özünün insan resurslarının önəmli bir hissəsi üzərində belə kontrolu itiribsə, bunun adı işğal deyil də bəs nədir?”, - millət vəkili ritorik sual verib.

Ötən əsrin 40-cı illərinin ikinci yarısında Almaniya və Koreya kimi ikiyə, yəni təsir zonalarına bölünmək üçün görülən hazırlıqlar da ondan xəbər vermirmi ki, orada da bir yox, azı iki işğalçıdan söhbət gedir. Nə olsun ki, onlardan biri sərt, digəri isə yumşaq güc tətbiq etməklə istədiyini reallaşdırır, nə fərqi var, nəticə ki eynidir.

Sahib Alıyev bildirib ki, oxşar işğalçılıq siyasəti bölücü xətlər çəkməklə hazırda bizim regionda da reallaşrılmağa çalışılır və aprelin 5-də Brüsseldə keçirilən üçlü görüşdən sonra bu, daha açıq-ayın görünməkdədir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin oktyabrın 4-də Cəbrayılda etdiyi xəbərdarlıqdan Ermənistan rəhbərliyi düzgün nəticə çıxarmalı, onları yeni qarşıdurmaya həvəsləndirən ABŞ, Fransa və digərlərinin heç də haymərkəzli deyil, hayalətli siyasət yeritdiklərini və yenə bunun ağrısını çəkəcəklərini anlamalıdırlar.

- Qərbdəkilər, o sıradan da özünün-özünə yazdığı müraciəti 60 konqresmenə imzalatdıran ABŞ dövlət katibi Blinken də bilməlidir ki, çirkli planları yürüməyəcək. Əli azərbaycanlıların qanına batan hərbi cinayətkarları və terrorçuları buraxdırmaq, bölgəni yendiən qan çanağına çevirmək cəhdləri Azərbaycanda hiddət doğurur və asimmetrik də olsa, cavabsız buraxılmayacaq”, - deputat vurğulayıb.

Millət vəkili Qərbdəki dairələrin əlində çirkin alət rolunu oynayan daxildəki desdtruktiv qüvvələrin kimlərə və hansı məqsədlərə xidmət göstərdiyini də igfşa edib.

“Əli Kərimli, eləcə də legion kimi fəaliyyət göstərən guya azərbaycanlı sayılan digər muzdlu nökərlərini legion üzvlərinin qərbdəki bəlli çevrələrin yeritdikləri siyasətə haqq qazandırmağa çalışmaları həmin ünsürlərin mənəvi tənəzzülün hansı dərinliyində olduqlarını göz önünə sərməkdən başqa nəyisə dəyişən deyil. Burada ideoloji işğal mümkünsüzdür. Çünki nə Azərbaycan indiki kimi güclü, nə də hakimiyyət-xalq birliyi indiki qədər möhkəm olub”, - Sahib Alıyev diqqətə çatdırıb.

Bu gün Müzəffər Ali Baş Komandanımızın əmrinə müntəzir bu ordu və xalq kimdən gəlməsindən asılı olmayaraq bütün təhlükələri dəf etmək qüdrətindədir.
AzVision.az


Teqlər: MM   Qərb   ideologiya   işğal  





Xəbər lenti