London Makronun əleyhinə çıxır

London Makronun    əleyhinə    çıxır
  07 Oktyabr 2024    Oxunub:924
Özünün Təl-Əvivə hərbi yardımı məhdudlaşdırmasına baxmayaraq, Böyük Britaniya Fransa prezidenti Emmanuel Makronun İsrailə silah tədarükünü qadağan etmək təklifinin əleyhinədir.
AzVision.az xəbər verir ki, Böyük Britaniyanın Müdafiə naziri Con Hili “Sky News” telekanalına müsahibəsində belə deyib.

Sentyabrın 2-də Böyük Britaniya hökuməti beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasının qarşısını almaq üçün Londonunİsrailə verdiyi 350 silah lisenziyasından 30-nun fəaliyyətini dayandırdığını bəyan edib.

Daha da irəli gedən Fransa prezidenti Emmanuel Makron isə İsrailə Qəzza zolağında müharibə üçün istifadə oluna biləcək silahların tədarükünü dayandırmağa çağırıb. O, həmçinin ötən il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu nəticəsində yaranan hərbi münaqişənin “siyasi həllinin” tərəfdarı olduğunu bildirib.

“Məncə, siyasi həll yoluna qayıtmaqda rioritet vəzifə Qəzzada döyüşmək üçün silah tədarükünü dayandırmaqdır. Hazırda Fransa yəhudi dövlətinə heç bir silah vermir”, - Emmanuel Makron “Fransa İnter” radiosuna müsahibəsində bildirib.

İsrailin baş naziri Benyamin Netanyahu, öz növbəsində, Fransa prezidentinin bəyanatlarını “utancverici” adlandırıb. Onun iddiasına görə, İsrail Qərbin köməyi olmadan da bütün rəqiblərini məğlub edəcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: London   Paris   İsrail  





Xəbər lenti