FHN 3 nəfəri xilas etdi
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, lift texniki nasazlıq səbəbi ilə 5-ci mərtəbədə dayanıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 4-cü mərtəbəyə endirib qapısını açıb və vətəndaşları liftdən çıxmasına şərait yaradıblar.