Fortepiano ixtisası üzrə milli dərslik hazırlanır

Yeni dərslik isə müasir kurikulumun tərkib hissəsi kimi musiqi təhsili üçün yeni mərhələnin başlanğıcıdır. Layihədə bəstəkar və şairlər, musiqişünaslar, tanınmış pianoçu-müəllimlər bir araya gələrək, uşaqların milli musiqi intonasiyaları ilə zənginləşdirilmiş repertuarla ilk addımlarını atmalarını təmin edəcək dərsliyi ərsəyə gətirirlər
Dərsliyin əsas məqsədi şagirdlərə fortepiano təhsilinin başlanğıc mərhələsində klssik musiqi nümunələri ilə yanaşı Azərbaycan musiqi mədəniyyətinə əsaslanan yeni bəstəkar əsərlərini təqdim etməklə, onların həm peşəkar, həm də milli-mənəvi inkişafını dəstəkləməkdir.
Pilot layihə çərçivəsində dərsliyin ilk bölməsinin 2025-ci ilin sentyabr ayında təqdim olunması nəzərdə tutulur.
AzVision.az