Rutte Zelenski ilə Putin arasında danışıqların şərtlərini açıqlayıb

Rutte Zelenski ilə Putin arasında danışıqların şərtlərini açıqlayıb
  16 Oktyabr 2024    Oxunub:897
NATO-nun strategiyası Ukraynaya hərbi yardımlar göstərməkdən ibarətdir. Nə vaxtsa Kiyev Rusiya ilə güc şərtləri üzərindən danışıqlara başlaya biləcək.
Bunu NATO-nun baş katibi Mark Rutte Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

“Ukraynanın müqavimət göstərə biləcəyinə əmin olmaq üçün hərbi yardımları kütləvi şəkildə dəstəkləyəcəyik”,- o qeyd edib.

Baş katibin sözlərinə görə, NATO Putinin Ukraynada istəyinə nail olmasına imkan verməyəcək: "Hazırda biz ölkənin şərq istiqamətində rusların kiçik qələbələr əldə etmələrini görürük. Lakin bütün bunlar əhəmiyyətli itkilər heabına başa gəlir. Mən hər gün Ukraynanın mübarizəsi, yeni ideyalar irəli sürmək bacarığından heyran oluram".

NATO-nun baş katibi bildirib ki, ABŞ ilə yanaşı digər ölkələr də Ukraynaya əhəmiyyətli yardımlar edirlər.
Tural Tağıyev
AzVision.az



Teqlər: NATO   Ukrayna  





Xəbər lenti