Vaşinqton Gürcüstanı hədələyir

   Vaşinqton Gürcüstanı    hədələyir
  29 Oktyabr 2024    Oxunub:826
ABŞ və Avropa İttifaqı Gürcüstanda iddia edilən seçki pozuntularını hansı qurumun araşdıra biləcəyi ilə bağlı məsləhətləşmələr aparır
AzVision.az xəbər verir ki, ABŞ Dövlət departamentinin mətbuat xidmətinin rəhbəri Mettyu Miller oktyabrın 26-da Gürcüstanda baş tutmuş parlament seçkilərinin nəticələrinə münasibət bildirərkən belə deyib.

“Mən açıqlamamda bu araşdırmanın Gürcüstan rəsmiləri tərəfindən aparılmalı olduğunu dəqiqləşdirməmişəm. Hansı qurumun belə bir araşdırma üçün uyğun ola biləcəyi ilə bağlı Avropalı tərəfdaşlarla məsləhətləşirik”, - amerikalı məmur bildirib.

Onun iddiasına görə, Gürcüstan əhalisinin 80%-dən çoxu ölkəni Aİ və NATO-da görmək və “avtoritarların siyasətini gücləndirməmək” istəyir. Bu prizmadan çıxış edən Mettyu Miller Gürcüstanın hakimiyyət orqanlarının siyasi kursu dəyişməyəcəyi halda, ölkənin “daha böyük nəticələrlə” üzləşəcəyi ilə hədələyib.

- Bu il biz ardıcıl olaraq Gürcüstan hökumətinə müraciət etmişik ki, antidemokratik hərəkətlərindən əl çəksin və Avro-Atlantik yola qayıtsın. Gürcüstan hökuməti kursu dəyişməsə, bundan sonrakı nəticələri də istisna etmirik”, - ABŞ Dövlət departamentinin təmsilçisi Vaşinqtonun mövqeyini rəsmi Tbilisinin diqqətinə çatdırıb.

Qərb Gürcüstanda keçirilən parlament seçkilərinə münasibəti bildirib
Qeyd edək ki, Qərbin bütün səylərinə və təzyiq cəhdlərinə baxmayaraq, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası qalib gələrək, təkbaşına höluməti formalaşdırmaq imkanı qazanıb. Gözlənildiyi kimi, Gürcüstan prezidenti Salome Zurabişvili və müxalifət, habelə onların Qərbdəki havadarları sekilərin nəticələrini şübhə altına alıblar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Gürcüstan   hədə  





Xəbər lenti