Liven: “ABŞ nüvə müharibəsi dilleması ilə üzləşə bilər”

      Liven:    “ABŞ nüvə müharibəsi dilleması ilə üzləşə bilər”
  30 Oktyabr 2024    Oxunub:914
Vaşinqton Kiyevi Rusiya ilə güzəştə getməyə məcbur etməsə, bu, nəinki Ukraynanın məğlubiyyətinə gətirib çıxaracaq, həm də ABŞ-ni nüvə müharibəsinə başlamaqla bağlı ən çətin seçim qarşısında qoyacaq.
AzVision.az xəbər verir ki, Britaniyalı politoloq, yazıçı-jurnalist Anatol Livenin “The Nation” jurnalında dərc edilən məqaləsində belə versiya irəli sürülür.

“Əgər ABŞ-nin növbəti administrasiyası Ukraynaya təzyiq göstərmək kursunu tutmasa, o zaman Ukrayna ordusunun son nəticədə iflasa uğraması ilə bağlı ciddi risk var. Vaşinqton seçim qarşısında qalacaq: Ukraynanın ciddi məğlubiyyətini etiraf etmək və ya münaqişəyə birbaşa müdaxilə etməklə, hətta Rusiya ilə nüvə müharibəsi riskinə atılmaq”, - britaniyalı ekspert yazır.

Onun fikrincə, ABŞ rəhbərliyi artıq Ukraynaya eyni tempdə dəstək verə bilmədiklərini və alternativ variantların olmadığı reallığını qəbul etməlidir.

- Biz özümüzü aldatmamalıyıq ki, dəstəyimiz sonsuzluğa qədər davam edəcək və ya bu, Ukraynaya itirilmiş əraziləri qaytarmağa kömək edə bilər. Bizim ədalətli və real alternativimiz yoxdur”, - Anatol Liven vurğulayır.

Müəllif bildirir ki, ABŞ-nin Ukraynanın danışıqlarda mövqeyini gücləndirmək istəyinə baxmayaraq, danışıqların başlanması Rusiyanın ilkin şərtlərinin avtomatik şəkildə qəbulu demək olacaq.

Qeyd edək ki, bu ilin iyun ayında müharibənin dayandırılması ilə bağlı Rusiya prezidenti Vladimir Putinin irəli sürdüyü ilkin şərtləri Kiyevin qəbul etməsi Ukraynanın birmənlı şəkildə təşlimçilik aktını imzalaması demək olacaq. Çünki, bu halda Ukrayna qoşunları Rusiyanın zəbt etdiyi ərazilərdən çıxarılmalı, Kiyev NATO-ya daxil olmaq iddialarından əl çəkməli və Ukrayna bloklara qoşulmamaq və neytrallıq statusu ilə razılaşmalıdır. Putin, həmçinin Rusiyaya qarşı tətbiq olunan sanksiyaların ləğvini də əsas şərtlərdən biri kimi irəli sürüb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Rusiya   müharibə  





Xəbər lenti