İrəvan tətilə görə qovduğu sürücülərin yerinə yeni kadrlar axtarır

İrəvan tətilə görə qovduğu sürücülərin yerinə yeni kadrlar axtarır
  04 Dekabr 2024    Oxunub:372
İrəvan meriyası “İrəvan avtobusu" QSC-nin onlarla əməkdaşının işdən çıxarılmasından bir gün sonra yeni avtobus sürücülərinin axtarışına başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Sputnik Armeniya məlumat yayıb. Qeyd edilib ki, bununla bağlı müvafiq elan meriyanın rəsmi saytında yerləşdirilib.

İrəvan meriyası tətilə qoşulan sürücüləri kütləvi şəkildə işdən qovur
Vakansiyalar D sinfli sürücülük vəsiqəsi olanlar üçün açıqdır və əmək haqqı avtobusun növündən asılı olaraq 550-1000 ABŞ dolları (vergilər istisna olmaqla) arasında dəyişir.

Xatırladaq ki, çərşənbə axşamı səhər saatlarında avtobus sürücüləri marşrutlara çıxmaqdan imtina etmişdilər və bu, ictimai nəqliyyat sisteminin çökməsinə səbəb oldu. Minlərlə vətəndaş avtobus dayanacaqlarında qalıb. Sürücüləri noyabrın 1-dən tətbiq edilən şəffaf ödəniş sisteminə keçid qane etməyib. Tətildən sonra əvvəlcə 18, daha sonra isə 40-a yaxın sürücü işdən qovulub.
Tural Tağıyev
AzVision.az



Teqlər:   İrəvan   Sürücü  





Xəbər lenti