Reuters: “Çinin neftdən imtina etməsi bu sahə üçün şok olacaq”

   Reuters: “Çinin neftdən imtina etməsi bu sahə üçün şok olacaq”
  04 Dekabr 2024    Oxunub:478
Dünyanın ən böyük xam neft alıcısı olan Çin, əhalisinin elektriklə işləyən avtomobillərə keçməsi ilə yanacağa tələbat artımında artıq əsas rol oynamayacaq.
AzVision.az xəbər verir ki, “Reuters” agentliynin rəyini soruşduğu analitiklər belə iddia səsləndiriblər.
Ekspertlərin proqnozlarına görə, gələn il Çinin neft idxalı pik həddə çatacaq və bundan sonra tələb azalmağa başlayacaq. Bu isə öz növbəsində Çinin neft istehlakının artımının əsas drayveri olduğu uzun illərə son qoyacaq.

“Çinin elektrik avtomobillərinə sürətli keçidi həm neft istehsalçılarını, həm də investorları təəccübləndirib. Çinin tələbi qlobal neft istehlakının illik artımının 41%-ni təşkil edir ki, bu da hazırda onu qlobal bazarda faktiki olaraq əvəzolunmaz aktora çevirir”, - agentliyin dərc etdiyi materialda vurğulanır.

Analitiklər dünən Rusiyanın “ESPO Blend” markalı Uzaq Şərq nefti üzrə mükafatların “ICE Brent” marasıı ilə müqayisədə bir barrel üçün 1,5 dollara qədər artaraq 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatdığını bildiriblər. “ESPO Blend” markasına tələbat isə məhz Çinin yeni idxal kvotası paketi alan müstəqil neft emalı zavodlarından satınalmalar fonunda artır. İran neftinin bahalaşması ilə əlaqədar Rusiya neftinin mükafatları da artır. “Vortexa” konsaltinq şirkəti qeyd edir ki, Çinin dövlət neft şirkətləri ehtiyat toplamaq üçün ilin sonunda xammal alışını artırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Çion   elektromobil   neft  





Xəbər lenti