HƏMAS ilk mərhələdə 30-a yaxın girovu İsrailə təhvil verməyə hazırdır
Məlumata əsasən, "HƏMAS" üzvləri "təxminən 30 israilli girovu, bəziləri sağ olanları, eləcə də bir neçə meyiti təhvil verəcək". Eyni zamanda, "HƏMAS2 gözləyir ki, İsrail həbsxanalarından azad edilən fələstinlilər arasında “ömürlük həbs cəzası çəkən məhbuslar olacaq”.
Bundan əlavə, bildirilib ki, HƏMAS Misir sərhədindəki "Rəfah" keçid məntəqəsinin Fələstin hissəsinin Fələstin Milli Administrasiyasının nəzarətinə verilməsi ilə razılaşıb.
Teqlər: