Koreya və Kanadadan sonra Norveçdə də aviaqəza oldu - VİDEO

   Koreya və Kanadadan sonra Norveçdə də aviaqəza oldu    - VİDEO
  29 Dekabr 2024    Oxunub:957
Norveçdə təyyarə qəzası olub.
Oslodan Amsterdama uçan KLM Royal Dutch Airlines sərnişin təyyarəsi havaya qalxdıqdan dərhal sonra təcili eniş edib. Təyyarə eniş zolağından kənara çıxıb. Bu barədə Norveçin NRK korporasiyası məlumat yayıb.

İrəvana enməli olan təyyarələr Tbilisi və Minvodıya yönləndirilib
Qeyd edilib ki, ilkin məlumata görə, hadisəyə səbəb hidravlik sistemin sıradan çıxması olub. Təyyarədə 182 nəfər olub, onlardan heç biri xəsarət almayıb.

"Pilotlar nasazlıq aşkar etdikdən sonra təyyarəni Oslodan 110 kilometr cənubda yerləşən Sandefjord hava limanına endirmək qərarına gəliblər. Eniş zamanı təyyarə uçuş-enmə zolağından çıxıb və otların üzərində dayanıb".

Xatırladaq ki, Kanadada da təyyarə qəzası olub. Təyyarənin qanadı uçuş-enmə zolağına çırpılıb. İlkin məlumatlara görə, qəza enişinə səbəb şassadakı problem olub. Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Dekabrın 29-da isə Banqkokdan uçan Jeju Air şirkətinə məxsus Boeing 737 sərnişin təyyarəsi Cənubi Koreyanın Muan beynəlxalq hava limanında qəzaya uğrayıb. Təyyarədə 181 nəfər olub və cəmi 2 nəfər sağ qalıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Norveç   Qəza  





Xəbər lenti