Yanvarın 9-u ABŞ-də matəm günü elan edilib

Yanvarın 9-u ABŞ-də matəm günü elan edilib
  30 Dekabr 2024    Oxunub:867
ABŞ Prezidenti Cozef Bayden keçmiş dövlət başçısı Cimmi Karterin vəfatı ilə əlaqədar 9 yanvar 2025-ci il tarixini matəm günü elan edib.
Bu, Ağ evin saytında dərc edilmiş bəyanatda qeyd olunub.

“Kədərimizi bölüşən bütün dünya insanlarını bizə qoşulmağa dəvət edirəm”, – bəyanatda deyilib. Sənədə əsasən, ölkə daxilində və xaricində dövlət müəssisələrindəki milli bayraqlar 30 gün müddətinə endiriləcək.

Daha əvvəl Amerika prezidenti “görkəmli lider, dövlət xadimi və humanist” adlandırdığı keçmiş siyasətçinin qohumlarına başsağlığı verib. Karterlə vidalaşma mərasimi Vaşinqtonda keçiriləcək.

Ağ evin seçilmiş rəhbəri Donald Tramp da başsağlığı verib. O deyib ki, “amerikalıların həyatını yaxşılaşdırmaq cəhdlərinə görə hamı Cimmi Karterə təşəkkür etməlidir”.
AzVision.az



Teqlər:





Xəbər lenti