Zəmanət verilmədən də Kiyevin sülhə məcbur edilməsi mümkündür

Zəmanət verilmədən də Kiyevin sülhə məcbur  edilməsi mümkündür
  29 Dekabr 2024    Oxunub:681
ABŞ-nin gələcək prezidenti Donald Tramp Ukraynaya təhlükəsizlik zəmanəti vermədən də onu sülh müqaviləsi bağlamağa məcbur edə bilər.
AzVision.az xəbər verir ki, bu barədə yazan “Financial Times” qəzeti əlində olan məlumatlara əsasən, vəzifəyə gəldikdən sonra Trampın Rusiya prezidentini özünün “Mar-a-Laqo” iqamətgahına
“Şükranlıq günü şam yeməyinə” də dəvət edə biləcəyini vurğulayıb.

Nəşrin iddiasına görə, Ukrayna münaqişəsinin həlli Vaşinqton, Moskva və Pekin arasında “böyük razılaşmanın bir hissəsi kimi” baş tutacaq və onun şərtlərinə əsasən, Vaşinqton bir sıra təsir sferalarından imtina edəcək. Bu halda ABŞ-nin Avropa və Asiya müttəfiqləri müstəqil şəkildə öz müdafiələrini təmin etmək məcburiyyətində qalacaqlar.

“Tramp müvafiq təhlükəsizlik zəmanətləri olmadan Ukraynanı sülh sazişinə məcbur edir. Rusiyaya qarşı sanksiyalar yumşaldılıb”, - qəzetdə dərc olunan məlimatda deyilir.

Amerikanın Kuinsi Məsuliyyətli Hökumət İnstitutu isə ABŞ hakimiyyətini Ukrayna münaqişəsinə son qoymaq üçün diplomatik üsullara keçməyə çağırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Ukrayna   sülh  





Xəbər lenti