Aktaudakı qəzada xəsarət alan qırğızlar vətənlərinə göndərilir
Telekanalın məlumatına görə, yaralı qırğızların vəziyyəti stabil qiymətləndirilir. Mütəxəssislər həkimlərin vəziyyətini ağır qiymətləndirdikləri 26 yaşlı Rinat Asanovun da ölkəsinə aparılması üzərində işləyirlər. Ümumilikdə təyyarənin göyərtəsində üç Qırğızıstan vətəndaşı olub.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Tural Tağıyev
AzVision.az
Teqlər: