Mədəniyyət naziri BTA prezidenti ilə əməkdaşlığı müzakirə edib

Mədəniyyət naziri BTA prezidenti ilə əməkdaşlığı müzakirə edib
  06 Yanvar 2025    Oxunub:681
Bakıda Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti akademik Şahin Mustafayevlə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli arasında rəsmi görüş olub.
Bu barədə BTA-dan məlumat verilib. Görüşdə tərəflər cari il üçün əməkdaşlıq planlarını müzakirə ediblər. Şahin Mustafayev BTA-nın ötənilki fəaliyyəti haqqında məlumat verib, qurumun elmi tədqiqatlar, nəşrlər və Türk dünyasının mədəni irsinin təbliği sahəsində həyata keçirdiyi mühüm layihələrdən danışıb.

Görüşdə mədəni əlaqələrin möhkəmləndirilməsinə və hər iki tərəfi maraqlandıran beynəlxalq layihələrə dəstək verilməsinə yönəlmiş təşəbbüslər müzakirə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti