Oturaq həyat tərzinin təhlükələri nələrdir?

   Oturaq həyat tərzinin təhlükələri nələrdir?
  17 Yanvar 2025    Oxunub:356
Oturaq həyat tərzi (hərəkətsizlik) sağlamlıq üçün bir çox mənfi təsirlərə səbəb ola bilər.
Rusiyalı həkim Tatyana Maerenkovanın sözlərinə görə, uzun müddət hərəkətsiz oturmaq piylənmə və arterial hipertansiyonun (yüksək təzyiq) inkişafına səbəb olur:

"Oturaq həyat tərzi qan dövranını zəiflədir və təzyiqin artmasına gətirib çıxarır. Eyni zamanda ürəyin fəaliyyətində problemlər yaranır və damar tıxanıqlıqları riski artır. Hərəkətsizlik qanda şəkər səviyyəsinin yüksəlməsinə də səbəb olur".

Bundan əlavə həkim oturaq həyat tərzinin stress və depressiyaya da səbəb olduğunu vurğulayıb. O bildirib ki, hərəkətsizlik dopamin və serotonin kimi xoşbəxtlik hormonlarını azaldır, beyinin oksigenlə təminatını zəiflədir.

Bütün bu riskləri azaltmaq üçün gündəlik həyat tərzinə fiziki aktivliyi daxil etmək vacibdir. Məsələn, qısa gəzintilər, iş zamanı fasilələrlə ayaq üstə durmaq və yüngül idman hərəkətləri faydalıdır. Oturaq həyat tərzi keçirənlər qida rasionlarına ciddi diqqət yetirməlidirlər. Kalorisi az, vitamin və mikroelementlərlə zəngin qidalar rasiona daxil edilməlidir. Meyvə və tərəvəzə daha çox üstünlük verilməlidir.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: Oturaqhəyattərzi  





Xəbər lenti