Azərbaycan və Ukrayna təhsil sahəsində əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və Ukrayna təhsil sahəsində əməkdaşlığı müzakirə ediblər
  17 Fevral 2025    Oxunub:684
Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) rəhbərliyi ilə görüşüb və təhsil sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.
AzVision.az xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. "Görüşdə Ukrayna universitetləri ilə əməkdaşlıq məsələləri müzakirə edilib və xüsusi diqqət Xerson Dövlət Dəniz Akademiyasına yönəlib. Əsas mövzular birgə konfranslar, tələbə və müəllim mübadiləsi, həmçinin ikili diplom məsələləri olub", - məlumatda qeyd olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti