Bakıda tikinti işlərinin 91%-dən çoxunu özəl şirkətlər aparıb

Bakıda tikinti işlərinin 91%-dən çoxunu özəl şirkətlər aparıb
  19 Fevral 2025    Oxunub:486
Ötən il Bakıda ümumi inşaat işlərinin 91,3%-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.
Bu barədə AzVision.az -a Bakı şəhər Statistika İdarəsindən bildirilib. İl ərzində paytaxtda tikinti müəssisələrinin yerinə yetirdiyi inşaat işlərinin 85,5%-ni tikinti, yenidənqurma və genişləndirmə, 7,3%-ni əsaslı təmir, 3,3%-ni cari təmir, 3,9%-ni isə sair tikinti işləri təşkil edib.

AzVision.az


Teqlər:





Xəbər lenti