Ermənistanın separatçıları təmin etdiyi silah və texnikaların siyahısı açıqlanıb

Bilidirilir ki, Ermənistan separatçıları ümumilikdə 160 ədəd müxtəlif növ zirehli döyüş texnikası, 16.805.903 ədəd müxtəlif növ atıcı silah, onun komplekt hissələri və döyüş sursatları, 230 ədəd müxtəlif növ minaatan, tank əleyhinə 137 ədəd müxtəlif növ vasitə, 162 ədəd müxtəlif növ artilleriya topu, 3 ayaq radar sistemi və digər növ hərbi texniki əmlaklar, 41 min 522 ədəd müxtəlif növ əl qumbarası, habelə uçuş həyata keçirən təyyarə və digər avadanlıqları hədəfindən yayındırmaq üçün istifadə olunan Radiomaneə kompleksi “Pole-21”, naviqasiya və telemetriya siqnallarını susdurmaq üçün istifadə edilən “Repellent-1” radioelektron mübarizə kompleksi ilə silahlandırıb.
AzVision.az
Teqlər: