Bahar Muradova BMT-nin sessiyasında çıxışı edib

“Məişət zorakılığının, azyaşlı nikahların, qohum nikahların qarşısının alınması üçün qanunvericilikdə yeni tənzimləyici normalar yaratmışıq. Komitənin əlaqələndirməsilə yerli icra hakimiyyəti orqanları yanında müvafiq monitorinq və əlaqələndirmə qrupları yaradılıb. “Məişət zorakılığına qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı”nın icrası uğurla başa çatıb və hazırda yeni plan hazırlanıb. “Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planı” yenilənib”, - deyə komitə sədri əlavə edib.
O bildirib ki, Azərbaycanda qadınların və gənc qızların təhsil imkanlarının genişləndirilməsinə yönəlmiş bir sıra layihə və proqramlar həyata keçirilib: “Qadınların siyasətdə iştirakı və qərarların qəbul edilməsində təmsil olunması hər il artır. Son seçkilər zamanı qadın deputatların sayı 21 faizə, bələdiyyələrdə isə 39 faizə yüksəlib”.
O bildirib ki, bəşəriyyətə qarşı ən böyük zorakılıq ədalətsiz müharibələrdən, işğaldan, etnik təmizləmə aktlarından qaynaqlanır. Bahar Muradova əlavə edib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etsə də, onilliklər boyu davam edən işğalın dağıdıcı nəticələri mülki əhaliyə təsir etməkdə davam edir.
AzVision.az
Teqlər: