Komitə rəsmisi: Nikahdankənar doğulan uşaqların sayı artıb

Onun sözlərinə görə, həmçinin son illərdə anemiya və talassemiya ilə doğulan uşaqların sayında da artım müşahidə olunur: “Xüsusilə anemiya ilə doğulan uşaqların sayında 65 faiz, talassemiya ilə doğulanlarda isə 86 faiz artım olduğu bildirilir. Bu artımın səbəbi qohum nikahlarının sağlamlıq üzərindəki mənfi təsirləridir”.
T.İbrahimova qohum nikahlarının demoqrafik inkişafda təbii artıma mənfi təsir etdiyini və bununla bağlı qanuna edilən dəyişikliklərin gələcəkdə daha bariz təsirlərinin olacağını vurğulayıb: “Bu məsələlərin diqqətə alınması, xüsusilə cəmiyyətin sağlamlıq məsələlərinə daha həssas yanaşması zərurətini ortaya qoyur. Nikahdankənar doğumların artması və qohum nikahların sağlamlıq üzərindəki mənfi təsirləri qarşısında atılacaq addımların əhəmiyyəti artmaqdadır”.
Teqlər: