Makron Ukrayna ilə bağlı yeni “şərt” qoyub

Makron Ukrayna ilə bağlı yeni “şərt” qoyub
  12 Mart 2025    Oxunub:589
Ukrayna üçün təhlükəsizlik təminatları NATO və onun imkanlarından ayrılmamalıdır.
AzVision.az xəbər verir ki, “Le Figaro” nəşrinə və “BFMTV” telekanalına istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makronun bu iddiası onun Avropa ölkələrinin baş qərargah rəisləri ilə keçirdiyi görüşdə iştirakçılar tərəfindən dəstəklənib.

“Makron 30-a yaxın ölkənin hərbi liderlərini Rusiya ilə sülh sazişi bağlanacağı təqdirdə Ukrayna üçün “etibarlı təhlükəsizlik təminatlarının müəyyənləşdirilməsi planı”nın hazırlanmasına başlamağa çağırıb. “Sülh danışıqlarının sürətləndirilməsi” ilə əlaqədar Makron Ukraynada etibarlı təhlükəsizlik təminatlarının təminatı və davamlı sülhün bərqərar olması üçün konsepsiyadan plana keçmək zərurətini qeyd edib”, - Yelisey sarayının yaydığı press-relizdə bildirilir.

Təhlükəsizlik təminatı kimi Avropa Ukraynaya sülhməramlı qoşunların göndərilməsi imkanını müzakirə edir. Lakin Rusiya dəfələrlə NATO sülhməramlılarının yerləşdirilməsinin yolverilməz olduğunu bəyan edib.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov fevral ayında bildirmişdi ki, NATO ölkələrinin silahlı qüvvələrinin xarici bayraq altında Ukraynada mövcudluğu da Rusiya üçün qəbuledilməzdir. Daha sonra Kremlin sözçüsü Dmitri Peskov sülhməramlıların yeridilməsinin yalnız münaqişə tərəflərinin razılığı ilə mümkün olduğuna diqqət çəkib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Makron   Ukrayna   "şərt"  





Xəbər lenti