Ermənistanın daha bir “strateji tərəfdaşı” peyda oldu

   Ermənistanın daha bir “strateji tərəfdaşı” peyda oldu
  12 Mart 2025    Oxunub:538
Ermənistan və Hollandiya strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar.
AzVision.az bildirir ki, hollandiyalı həmkarı Kaspar Veldkampla söhbətindən sonra bu barədə jurnalistlərə açıqlama verən Emənistanın Xarici İşlər naziri Ararat Mirzoyan bu hadisəni ikitərəfli münasibətlərdə “yeni mərhələ” adlandıraraq, bunun simvolik və eyni zamanda öhdəlik dolu bir sənəd olduğunu iddia edib.

“Bəyannamə siyasi və iqtisadi dialoqla yanaşı, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, regional və beynəlxalq nəqliyyat kommunikasiyalarının işinin aktivləşdirilməsi üçün birgə səyləri nəzərdə tutur. Sənədin digər tərkib hissəsi kibertəhlükəsizliyin təmin olunması və hibrid təhdidlərə qarşı birgə tədbirlərin həyata keçirilməsidir”, - Mirzoyan deyib.

Hollandiya XİN-in rəhbəri, Kaspar Veldkamp, öz növbəsində, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına tərəfdar olduğunu bildirib.

- Mən Ermənistan-Azərbaycan danışıqları zamanı əldə olunan konstruktiv addımları qeyd etdim. Biz bunu alqışlayırıq, Hollandiya üçün sülh vacibdir və Cənubi Qafqazda sabitlik vacibdir. Mən, həmçinin dünən Türkiyə rəsmiləri ilə görüşlər keçirdim və əminəm ki, hər iki tərəf gələcəkdə münasibətləri normallaşdırmaq arzusundadır”, - Veldkamp bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ermənistan   Hollandiya   tərəfdaşlıq  





Xəbər lenti