Azərbaycanda ÜDM artıb

   Azərbaycanda ÜDM artıb
  12 Mart 2025    Oxunub:486
Cari ilin yanvar-fevral aylarında ölkədə 19 milyard 72,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən AzVision.az -a bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 1,7 faiz artıb.

ÜDM istehsalının 38,5 faizi sənaye, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,6 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 22 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 1864,7 manata bərabər olub.

AzVision.az



Teqlər:





Xəbər lenti