Həbsdən çıxanlara pul paylanıldı

Həbsdən çıxanlara pul paylanıldı
  30 İyul 2014    Oxunub:2204
Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 1901 nəfərə birdəfəlik müavinət verilib.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən müvafiq qanunvericiliyə əsasən, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum əmək haqqının 4 misli məbləğində (420 manat) birdəfəlik pul müavinəti təyin edilərək ödənilir. Cari ilin 6 ayında birdəfəlik pul müavinəti təyin edilən belə şəxslərin sayı 1901 nəfər təşkil edib.

Eyni zamanda, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiləri və ya bu səbəbdən həlak olmuş işçilərinin ailə üzvlərindən 1553 nəfərə aylıq və birdəfəlik müavinət ödənilib.

Həmçinin bu müddətdə Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərər çəkən ümumilikdə 508 nəfərə kompensasiya verilib.


Teqlər:  





Xəbər lenti