Obama Putinin ən yaxın dostunu da “qara siyahıya” saldı - SİYAHI

Obama Putinin ən yaxın dostunu da “qara siyahıya” saldı - SİYAHI
  31 İyul 2014    Oxunub:1454
Avropa Birliyi Şurası Rusiyaya qarşı sanksiya siyahısını təsdiqləyib.

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, yeni siyahıya daha 8 nəfər və 3 şirkətin Adı daxil edilib.

Beləliklə, AB-nin sanksiya tətbiq etdiyi fiziki şəxslərin sayı 95 nəfərə, hüquqilərinki isə 23-ə çatıb.


Mənbə bildirib ki, ABŞ prezidenti Barak Obama Ukraynadakı rusiyayönlü terrorçulara dəstək verdiyi üçün Rusiyaya tətbiq edilən yeni sanksiyaları açıqlayıb. O, Ağ evdəki çıxışında bildirib ki, Malayziyaya məxsus təyyarə qəzaya uğradıqdan sonra sanksiyalar əlavələr edilib. İyulun 30-da Rusiya iqtisadiyyatının önəmli sektoruna sanksiyalar qoyulub.

Yeni sanksiyaya məruz qalanların siyahısı:

“VTB” Bank;

Rusiyanın ən böyük ikinci bankı “Roselxozbank;

Rusiyanın ən böyük neft şirkəti “Rosneft”;

Rusiyanın ən iri neft istehsalçı şirkəti “Novatek”;

Rusiya hökuməti ödəmələri tənzimləyən qurumu “VEB”;

Rusiyanın enerji sektorundakı ən önəmli maliyyə oyunçusu – “Qazprombank”;

“United Shipbuilding Corporation” - gəmiqayırma zavodu;

“Rosneft”-in baş direktoru İqor Seçin;

Rusiya prezidenti Vladimir Putinin ən yaxın dostu, “Bank Rossiya”-nın ən böyük sərmayəçisi Yuri Kovalçuk;

“Kalaşnikov” Rusiyanın silahı istehsalı konserni;

Gennadi Timçenok - miylader, mərkəzi Cenevrədə yerləşən “Gunvor” nefttreyderinin qurucusu;

Sergey Çemezov Putin tərəfindən təyin edilmiş, “Rostek”-in direktorlar şurasının üzvü və baş direktoru;

Arkadi və Boris Rotenberg – “InvestCapitalBank” və “SMP Bank” banklarının müdirləri.



Teqlər:  





Xəbər lenti